İsveç millisi də Rusiya ilə oynamaqdan imtina etdi


Futbol üzrə Rusiya və İsveç milli yığmaları qarşılaşmalı olsalar, İsveç yığması görüşün yerindən asılı olmayaraq, görüşdə iştirak etməyəcək.

Bu barədə İsveç Futbol Federasiyasının rəsmi saytında məlumat verilib.

Bundan əlavə, İsveç Federasiyası FİFA-nı Rusiyanın iştirakı ilə martda keçiriləcək pley-off oyunlarını ləğv etməyə çağırıb.

Qeyd edək ki, Futbol üzrə Polşa millisi də Rusiyaya qarşı keçirməli olduğu dünya çempionatının pley-off oyunundan imtina edib.

Pley-off mərhələsində Rusiya və Polşa arasındakı yarımfinal görüşü martın 24-də planlaşdırılıb.

Cütün qalibi İsveç – Çexiya matçının ən güclüsü ilə martın 29-dakı finalda qarşılaşacaq və nəticədə DÇ-2022-yə vəsiqənin sahibi müəyyənləşəcək.

Source link