“Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi (sədr Firuzə Əsədullayeva) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər ordunun qalib igidləri” adlı kitabın yazılması layihəsini həyata keçirir.
Layihənin həyata keçirilməsində məqsəd Vətən müharibəsinin qəhrəmanlarını yazılacaq kitabla daha geniş miqyasda təbliğ etməklə cəmiyyəti maarifləndirmək və onların hər birinin haqqında ətraflı informasiyanı gələcək nəsillərə çatdırmaqdır .
Hesab edirik ki, layihənin həyata keçirilməsinin nəticəsində
– Cəmiyyət Vətən müharibəsinin qəhrəmanlarını daha yaxından tanıyacaq və şəhidlərə diqqət daha da artacaq.
– “Dəmir Yumruq” əməliyyatının iştirakçıları haqqında məlumatlar qəhrəmanlıq nümunəsi kimi gələcək nəsillərə ötürüləcək.
– Gənclərdə cəbhə bölgəsində hərbi xidmət keçməyə maraq artacaq.
– Qəhrəmanların ailələrinə göstərilən diqqət və qayğı hərbçi ailələrinə stimul verəcək.
– Xalqa örnək olan Vətən müharibəsinin qəhrəmanları bütün cəmiyyət üçün ideal nümunə olduğuna görə, onların hər birinin tanıdılması və təbliği cəmiyyətə əlavə müsbət təsirlər göstərəcək.
Layihə 6 ay (01.02.2022- 01.08.2022) ərzində həyata keçiriləcək.
Layihənin rəhbəri, eyni zamanda yazılacaq kitabın müəllifi yazışı -yurnalist Firuzə Bəyməəmməd qızı Əsədullayevadır.
Artıq layihənin 1-ci ayı (fevral) üçün nəzərdə tutulan hazırlıq işlərinin bitməsinə az qalıb.
Yerdə qalan 5 ay müddətində Bakı şəhəri, Qazax, və Masallı rayonlarından 50 şəhid haqqında materiallar toplanaraq kitab hazırlanacaq. Yuxarıda adı çəkilən ərazilərdə tədbirlər keçirilərək kitablar rayon ictimaiyyətinə, şəhid ailələrinə təqdim olunacaq və paylanacaq.
Sonda donor təşkilata – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyinə layihənin bitməsi ilə bağlı hesabat təqdim olunacaq.