Ağstafada səs yazısı yayılan məktəb direktoruna cinayət işi açıldı – VİDEO


Ağstafada səs yazısı yayılan məktəb direktoruna cinayət işi açılıb.

Baş Prokurorluqdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mediada məktəb direktorunun səs yazısının yayılması faktı ilə bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla Ş.Abadov adına Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin məktəbin müəllimlərindən təyin edilmiş dərs saatlarına görə müxtəlif məbləğlərdə pul tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.

Xatırladaq ki, sosial şəbəkələrdə M.Məmmədovanın səs yazısı yayılmışdı. O, rəhbərlik etdiyi təhsil müəssisəsində işləyən müəllimdən əlavə dərs saatları müqabilində pul istəyirdi. Müəllim isə cavabında imkanının olmadığını söyləyirdi.

İlhamə Əbülfət

Source link