Bakıda yük və minik avtomobilləri toqquşub, ölən var


Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qaradağ rayonunda “DAF” markalı yük avtomobili və “Daewoo” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1983-cü il təvəllüdlü Nəsirov Nicat Fəxrəddin oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Source link