Bakıda zəncirvari yol qəzası baş verib – VİDEO


Bakıda zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə axşam saatlarında paytaxtın Heydər Əliyev prospektində baş verib.

Belə ki, iki ədəd “Toyota Prius” markalı avtomobil, bir ədəd “Renault Meqan” və “İnfiniti” markalı minik avtomobilləri toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar olmayıb.

Nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.

Source link