Bakıda iki avtomobil toqquşub, azyaşlı xəsarət alıb – FOTO


Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, qəza 20 yanvar küçəsində qeydə alınıb. “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü yol nişanın tələbini pozaraq əsas yola çıxıb. Bu zaman eyni markalı avtomobil əsas yola çıxan “Mercedes”ə çırpılıb. Qəza nəticəsində avtomobildə olan azyaşlı ağır xəsarət alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Source link