Azərbaycan Respublikası Qeyri –Hökumət təşkilatlarına dövlət dəstəyi Agentliyiyin dəstəyi ilə “Məhsəti” Şairlər Məclisi ictimai birliyi 2021-ci il kiçik qrant müsabiqəsinin qalibi oldu . Layihəmiz “Nizami Gəncəvi ədəbi irsinin təbliği”nə dair bölgələrdə ədəbi məclis (şer, qəzəl, qiraət, muğam ifası) və tamaşaların təşkil etməkdir.
Məlum olduğu kimi ölkə başçısının 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə 2021-ci il Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar olaraq “Nizami Gəncəvi İli” elan olunmuşdu və ölkə üzrə ilboyu dahi şairin yekun yubiley tədbirləri, ona həsr olunmuş çoxsaylı layihə və proqramlar hər yerdə həyata keçirilməkdədir. Bu silsilə tədbirlər dahi şairin həm elmi ədəbi yaradıcılığına dair yeni tədqiqat və araşdırmalar, məqalələrin çapı, əsərlərinin ictimai təqdimatı, nəşr fəaliyyətləri, tamaşalar, sərgilər və bir sıra formatlarda həyata keçirilmişdir. Artıq “Nizami Gəncəvi İli” başa çatır və tədbirlər öz yekun mərhələsindədir. Azərbaycan ədəbi irsinin təbliği ədəbiyyatımızın, mədəniyyətimizin, mənəviyyatımızın, milli ənənələrimizin, şifahi xalq yaradıcılığı, milli folklorumuzun yaşaması, qorunması üçün mühüm şərtdir. Nizami irsi ədəbi irzimizin şah damarıdır. Söz sənətinin ustadı Nizami Gəncəvi yaradıcılığı təkcə bu illə deyil, hər zaman elm sahiblərinin, ədib və yazarların, mədəniyyət xadimlərinin əsas müraciət etdiyi gündəm mövzu olacaqdır. Dahi şairin məşhur əsərləri, “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanmaqla kamillik axtaran zəka sahiblərinin həmişə ilham alacağı yaradıcılıq mənbəyi sayılacaqdır. Nizami dərin fəlsəfi əhəmiyyət daşıyan yaradıcılıq əsərləri ilə kamillik, dürüstlük, sülh, ədalət və məhəbbəti aşiqi olmaqla, insanları fərdi inkişaf tərbiyəsinə dəvət etmiş, fərdi inkişafla, həmçinin, ədalətli cəmiyyətin qurulmasına çağırış etmişdir. Dahi mütəfəkkirin yaradıcılığının əhali kütlələrinə yaxın, sadə xalq dili ilə, müxtəlif janr və fəaliyyət növləri ilə çatdırılması, gənc nəslimizin milli-mənəvi ruhda tərbiyəsinə, milli irzimizin varisliyinin təmin olunmasına zəmanətdir. Bu baxımdan Nizami yaradıcılığının, ədəbi irsinin təbliğində müxtəlif yeni vasitə və üsullardan istifadə zəruridir. Qeyd olunan layihə çərçivəsində ölkəmizin orta nəsil yazar və şairlərinin, Nizami sevərlərin şairin yaradıcılığına müraciət edərək şer, qəzəl, muğam ifaları, əsərlərdən tamaşalar daxil olmaqla regionlarda müxtəlif ədəbi məclislərin təşkilinə ehtiyac vardır. Bu məclislər orta nəsil ədəbi xadimləri üçün bir ruhi, mənəvi qida məclisləri olmaqla yanaşı, gənc nəsil yazarları üçün də bir təcrübə örnəyi olar.
Layihənin məqsədi regionlarda Nizami ədəbi irsinin sadə xalq kütlələrinə müxtəlif yeni formatlarla təbliği, regionlarda şer, qəzəl, muğam ifaları, əsərlərdən tamaşalar daxil olmaqla ədəbi məclislərin təşkili ilə ədəbi irsimizi yaşadıb qorumaq, gənc nəslin milli mənəvi ruhda inkişafına töhvə verməkdir.
Layihə Gəncə, Şamaxı, Şəki, Quba, Oguz, Bərdə rayonlarında “Nizami irsi” ədəbi məclislərinin (şair, ədib, xanəndə, qiraət ustalarının iştirakı ilə şer, qəzəl, muğam ifası, uşaq və gənclərin iştirakı ilə əsərlərdən tamaşalar) təşkil etməkdir.
“Məhsəti” Şairlər Məclisi ictimai birliyiyimiz bir çox tədbirlərin təşkilatçısı olmuş, ədəbi məclislər, poeziya gecələrinin təşkili sahəsində geniş təcrübəyə malikdir. Qeyd olunan ərazilərdə yerli əhali ilə də sıx əlaqələrimiz vardır.
Layihə çərçivəsində Mərkəzi və yerli icra orqanları, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin yerli strukturları, Yazıçılar birliyi, Qeyri-Hökumət Təşkilatları Forumunun Resurs Mərkəzləri, yaradıcı QHT-lərlə əməkdaşlıq edəcəyik.
“Məhsəti” Şairlər Məclisi İB-nin İdarə Heyətinin