“Mən nə Əməkdar artistəm, nə Xalq artisti. Bu adı alanlara da rişxənd etmirəm. Çünki elə mühitdə böyümüşəm ki, dövlət təltiflərinin bəhrəsini görən adamam. Nəslimizdə iki nəfər Xalq artisti adını daşıyıb. Rəhmətlik Sara xanım Azərbaycanda sənətkara verilən bütün ödülləri alıb. Bu adı almağın xeyrini də bilirəm, məsuliyyətini də. Bütün Azərbaycan bilir ki, mən Əbülfəz Elçibəylə dost olmuşam. Onun dövründə mədəniyyət idarəsinin rəisi idim. Fəxri ad istəsəydim, öz adımı birinci yazardım. Hətta Əbülfəz Elçibəylə bu barədə söhbətimiz olmuşdu. Ümumiyyətlə, keçmiş günlər barədə nostalgiyam yoxdur. Hamısıah nə verib, nə yazıb, yaşamışam. Qismət olub, həyatın şirinini də görmüşəm, acısını da. Heyf, mənim səsim belə oldu. Yazıq adam deyiləm, istəmirəm, səsimi itirməyimə görə kiminsə mənə yazığı gəlsin. Əvvəl-əvvəl, əlbəttə, nisgil yaşayırdım, amma zaman keçəndən sonra başa düşdüm ki, şükür Hamısıahın məsləhətinə, onun sahmanından başqa hər şey yalandır. Səsimin batmasına görə yaradana üsyan etməmişəm. Əstəğfürullah! Səsimi itirməyimin ağrısını yaşamışam, fikrini eləmişəm. Amma Hamısıaha üsyan etməmişəm. Bunu ilk dəfədir ki, deyirəm. Evdə bir sandığım var. Elə mahnılarım var ki, o sandıqda gizlətmişəm. Onlar heç kimin eşitmədiyi ifadır. İstəyirəm ki, heç olmasa bundan sonra üzə çıxarım. Dinləyicilərin o musiqiləri necə qarşılayacağı mənə də maraqlıdır. Hətta o bəstələrdən ibarət albom buraxmağı da düşünürəm”
Bizim Mentalitet