Dövlət Dəstəyi Agentliyiyin dəstəyi ilə “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin təşkil etdiyi tədbir baş tutdu
20 fevral 2022-ci il tarixində “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin təşkil etdiyi tədbir baş tutdu. 2021-ci il Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyiyin dəstəyi ilə kiçik qrant müsabiqəsinin qalibi olduğu layihəmiz “Nizami Gəncəvi ədəbi irsinin təbliği”nə dair bölgələrdə ədəbi məclis (şer, qəzəl, qiraət, muğam ifası) və tamaşaların təşkil etməkdir. Layihənin icrasına start verildi 20.02.2022-ci il tarixində “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin ofisində “Nizami Gəncəvi ədəbi irsinin təbliği”nə dair tədbir keçirildi : tədbiri İB Sədri Cəvahir xanım açıq elan etdi . O, Nizami Gəncəvi haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.
Təşkilati və texniki hazırlıq işlərinin aparılması,Layihə heyətinin müəyyənləşdirilməsi Tədbirlərin qrafiki, proqram və gündəliklərinin hazırlanması. Mərkəzi və yerli icra orqanlarının məlumatlandırılması və fəaliyyətlərin birgə razılaşdırılmasından danışdı.
Layihə çərçivəsində Mərkəzi və yerli icra orqanları, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin yerli strukturları, Yazıçılar birliyi, Qeyri-Hökumət Təşkilatları Forumunun Resurs Mərkəzləri, yaradıcı QHT-lərlə əməkdaşlıq edəcəklərindən danışdı.Nizami Gəncəvinin çox sevilən”Gözüm aydın, gözümə surəti canan görünür “qəzəlini söylədi
Gözüm aydın, gözümə surəti canan görünür,
Mişki-ənbər saçaraq, ətrlə əfşan görünür.
Hamısıaha şükür edirəm, ey gözümün nuru, bu gün,
Yar gəlib göz önünə, sərvi-xuraman görünür.
Ayrılıq zəhrini daddım, acı da olsa, vüsal,
İki dünyaya dəyər, eylə ki, hicran görünür.
Səni bir dəfə görənlər güvənir eşqimizə,
Nə üçün gözlərin, ey dil, belə giryan görünür?
Eşqini canım ilə bəslədi birlikdə könül,
Onsuz, ey sevdiyəcəyim, can evi viran görünür.
Ey sənəm, vəslin ilə, eylə ki, şad oldu könül,
Yırtdı qəm köynəyini, gül kimi xəndan görünür.
Şadlığından alışıb yandı Nizami, dedi ki:
“Gözüm aydın, gözümə surəti canan görünür”.
Sonara “Turan Turk Xalqlarının Mədəniyyətinə Dəstək” İB-nin sədri ,Azərbaycan Dövlət Televiziyasında “Turan” proqramlarının Baş redaktoru , Əməkdar Jurnalist Zərnişan Turan Nizami Gəncəvi haqqında çox maraqlı faktlar danışdı .
Xanəndə, şairə Ziba Sevindik Hüseynova Nizami Gəncəvinin “Sənsiz” qəzəlinə bəstələnmiş romansı ifa etdi və özünün Nizami Gəncəviyə həsr etdiyi şeirini söylədi. 1941-ci ildə Üzeyir Hacıbəyov tərəfindən romans bəstələnmişdir. Sənsiz romansı 2-ci Dünya müharibəsində Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinə hazırliqla bağlı yazılib. Bəstəkar Üzeyir Hacıbəyov iki romans bəstələyib “Sənsiz” və “Sevgili canan”.
“Sənsiz” romansını öz dövründə Bülbül , Müslüm Maqamayev kimi ifaçılar ifa edib .
Aktrisa –müğənni Şəbnəm Turan da tədbirdə çıxış edərək şeir söylədi.
“Dünya ana və uşaq İB-nin sədri ,” Dünyaxəbər” com. saytının rəhbəri
Xeyriyyəçi, vətənpərvər , Dünya xanım “Məhsəti” Şairlər Məclisi İB-nə uğurlar dilədi . “Nizami Gəncəvi ədəbi irsinin təbliği” layihəsinin cəmiyyətimiz üçün nə qədər əhəmiyyətli olduğunu vurğuladı. Dünya xanım həm də həmişə kimsəsiz , məzlum ailələrin yanında olmaqla , onlara həm mənəvi həm də maddi dəstək göstərməsi ilə seçilir.
Tədbirimizdə Respublika Musiqi Festivalının qalibi xanəndə,aşıq Elçin Vəliyev də iştirakı ilə seçildi. O “ Urfani” “Naxçıvanı” saz havalarını və mugamı sazda çox böyük məharətlə ifa etdi. Bütün tədbir iştirakçılarının rəğbətini qazandı.
“Məhsəti” Şairlər Məclisi İB-nin üzvü, beş kitab müəllifi , Şairə Səriyyə Dumanlı da İB-ə bu layihənin həyata keçirilməsi üçün uğurlar arzuladı və söylədiyi şeirləri ilə diqqət çəkdi.
Tədbirimizdə “Vətənim Azərbaycandır” saytının Respublika üzrə xüsusi müxbiri Afaq xanımda layihəmizə öz xeyir duasını söylədi.
İncəsənət Universitetinin aktyorluq fakultəsini müvəffəqiyyətlə bitirmiş, “İlin ən istedadlı aktyoru “ Fəxri Fərmanı almış İlahəxanım Mehman qızı ,gözəl qiraət ustası söylədiyi şeirlərlə qonaqları kövrəltdi.
İB-mizin fəal üzvü gənc senarist , şairə Leyla Mətin Nizami Gəncəvinin “Sənsiz “ qəzəlini söylədi.
Sonda Məclisin Sədri Cəvahir xanım tədbirə gələn qonaqlara öz təşəkkürünü bildirdi.