Zaqatalada avtomobillə motosiklet toqquşub


Zaqatalada minik maşını ilə motosiklet toqquşub, iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə bu gün günorta saat 15 radələrində Muxax-Zəyəm avtomobil yolunda baş verib. Qəza zamanı motosikletdə olan iki nəfər rayonun Zəyəm kənd sakinləri – 1988-ci il təvəllüdlü Zülfüqar Rasim oğlu İsayev və 1975-ci il təvəllüdlü Məmməd Oruc oğlu Orucov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan Z. İsayevə hər iki aşağı ətrafın çoxsaylı qəlpəli sınığı dioqnozu qoyulub, müalicəsi reanimasiya şöbəsində aparılır. M. Orucovun müalicəsi isə cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır

Source link