Prezidentlə səmimi görüşü yaddaşlarda qalan şəhid anası vəfat etdi – FOTO/VİDEO


90-cı illərin Qarabağ müharibəsində şəhid olan Qasımov Bəhram Həmid oğlunun anası vəfat edib.

Oxu.Az xəbər verir ki, şəhid anası İltima Qasımova 94 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Bəhram Qasımov 1970-ci ildə Ağdam rayonunda anadan olub. O, 1992-ci ildə Ağdam rayonun Abdal-Gülablı kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub.

Xatırladaq ki, şəhid anası 2019-cu ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri ilə keçirdiyi görüşdə iştirak etmişdi.

Source link