Rusiyada COVID-19-u daha erkən mərhələdə müəyyən edən test hazırlandı


Rusiyalı alimlər COVID-19-un ən erkən mərhələlərində xəstəliyi minimum konsentrasiyada aşkar edə bilən detektor hazırlayıblar.

Bu, zülallar kompleksidir, onların bəziləri virus genomun NK fraqmentinin nüsxələrinin sayının artırılmasına, digərləri isə SARS-CoV-2 genom fraqmentinin ardıcıllığının tanınmasına cavabdehdir. Məhz bu zülallar və bələdçi RNT-lər bu sistemi virusun minimum konsentrasiyasına qarşı çox həssas edir.

Tərtibatçılar iddia edirlər ki, bu texnologiya diaqnostikanın tez və istənilən şəraitdə aparılmasına imkan verəcək. Xüsusilə vurğulanır ki, belə bir test sisteminin istehsalı daha ucuz başa gəlir, çünki prosesdə yüksək texnologiyalı avadanlıq istifadə edilmir.

Güman edilir ki, bu sistem əsasında yeni yaranan infeksiyalar üçün diaqnostika sistemləri yaratmaq mümkündür.

Mənbə: İnterfaks

Source link