Azrbaycan Respublikasının Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Erməni Təcavüzünün Tanıdılması İB-nin layihəsi çərçivəsində Xocalıda qətlə yetirilmiş 70 nəfər ahılla bağlı “Geriyə baxma” adlı sənədli-xroniki filim ərsəyə gələcəkdir. Filimdə soyqrım zamanı Xankəndindəki 366-cı alayla birlikdə erməni birləşmələrinin dinc əhalini qəddarlıqla görünməmiş işgəncələrlə öldürülmələrindən söhbət açılacaq. Heç bir günahı olmayan bu ahıllar əllərinin zəhməti ilə yaşamış kimisi evindəcə, kimisi də Kətik meşəsi il qaçarkən gülləyə tuş gəlmişdir. 2-ci dünya müharibəsinin iştirakçıları olan bu ahıllar alman faşistlərinə qalib gəlsələrdə, doğma yurdlarındaca erməni faşistəri tərəfindən öldürülürlər.
Aradan 30 il ötməsinə baxmayaraq yaralar qövr edir,qaysaq bağlamır.
Onların arasında təkcə azərbaycanlılar deyil, başqa millətlərin nümayəndələri də vardır. Bir milləti dininə, irqinə görə məhv etmək elə soyqrımdır.
Filim bu günlərdə yeniçə işıq üzü görmüş “Geriyə baxma” kitabının motivləri əsasında çəkiləcəkdir. Filmin rejissoru Murad Adil oğludur. Filim ingilis dilinə dublyaj olunacaq. Almaniyanın Kölün şəhərində Alman-Azərbaycan Mədəniyyət evinin rəhbəri Altay Rüstəmlinin təşkilatçılığı ilə onlayn təqdimatı da keçiriləcəkdir.