Gəncə şəhərində gənc oğlan hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb.
“Report” xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.
Şəhər sakini, 2001-ci il təvəllüdlü S.Həsənov hündürlükdən yıxılaraq ağır xəsarət alıb və yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.
Hazırda huşsuz vəziyyətdə olan gəncin vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırmalara başlanılıb.