Balakən rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir.
Prosesə başlandığı gündən indiyədək Balakən rayonu üzrə vətəndaşlara 105 min 479 doza vaksin vurulub. İndiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 45 min 317 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 41 min 611 nəfərdir.
Eyni zamanda, Balakəndə bu günədək 18 min 499 nəfərə “buster”, 52 nəfərə isə dördüncü doza vaksin vurulub.
Növbəti