Şəkidə avtomobil ağaca çırpıldı: Sıxılı vəziyyətdə qalan sürücü xilas edildi

Fövqəladə Hallar Nazirliyinin məlumatlına görə, rayonun Qırxbulaq kəndi ərazisində VAZ markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib.

Ümumiyyətlə dünən nazirlik əməkdaşları tərəfindən 8 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Həmçinin, Bakı şəhərinin Suraxanı rayonunda 1941-ci il təvəllüdlü Nuriyeva İqlimə Feyzulla qızının və Gəncə şəhərinin Nizami rayonunda 1969-cu il təvəllüdlü Əliyev Ceyhun İsmayıl oğlunun meyitləri bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.