Bakıda xətt avtobusunda tüstülənmə olub


65 nömrəli marşrutda hərəkət edən avtobusda tüstülənmə olub.

Bakı Nəqliyyat Agentliyindən APA-ya bildirilib ki, hadisə Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, “Faiqoğlu MMC”-ə məxsus 10 TH 305 dövlət qeydiyyat nişanlı avtobusun mühərrik hissəsində tüstülənmə olub. Sürücü dərhal yanğınsöndürən balonla hadisənin qarşısını alıb. Avtobusda olan sərnişinlər təxliyə olunub, xəsarət alan yoxdur.

Source link