Göygöldə avtomobillər toqquşub, xəsarət alanlar var


Gəncə-Daşkəsən avtomobil yolunda yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində “VAZ” markalı 2 avtomobil toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar var.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Source link