Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 01.02.2022-ci il tarixindən 01.06.2022-ci il tarixlərini əhatə edəcək, Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir! layihəsinin icrasına başladı.
Layihənin rəhbəri Ənvər Qarayev layihənin məqsəd və məramı haqqında məlumat verərək bildirdiki, həyata keçiriləcək, layihənin əsas məqsədi, 27 sentyanr 8 noyabr 2020-ci il tarixlərində, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində döyüşərək səhid olmuşların ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi və social təminat hüquqları Səhiyyə Nazirliki və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliki tərəfindən təmin olunmasına hüquqi köməklik göstərərək adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdır.
Qeyd olunan problemlərlə bağlı, Bakı şəhərində və sərhəd yani,, Qərb bölgəsində Qazax, Ağstafa rayonlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbələriində, Tibbi-Sosial Ekspert Komissiyalarında və Səhiyə nazirliyinin Xəsdəxanalarda, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində döyüşərək səhid olmuşların ailələrinin və müharibə əlillərinin tibbi-reabilitasiyası və sosial problemlərinin həllinə hüquqi köməklik ediləcəkdir.
Layihə çərçivəsində həmçinin Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından keçərək respublikadan kənarda müalicə olmaları üçün rəy almış, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində iştirak edərkən sağlamliğlarini itirmiş şəxslərin və müharibə əlillərinin müalicələrini adları qeyd olunan nazirliklər tərəfindən xarici ölkələrdə təmin olunmasına hüquqi köməklik göstəriləcəkdir.
Azərbaycan Respublikası
Beynəlmiləlçi Əlil Döyüşçülər
Fondunun Mətbuat Xidməti