Bakı metrosunda stansiya yoluna yıxılan qadının vəziyyəti AÇIQLANDI


Ötən gün Bakı metrosunda stansiya yoluna yıxılan qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, yaralı dünən gecə saatlarında qapalı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir.

Əldə etdiyimiz məlumata görə, stansiya yoluna düşən şəxs 1988-ci il təvəllüdlü E.Mirzəxanovadır.

Qeyd edək ki, ötən gün saat 21:54-də metronun “Dərnəgül”–“Həzi Aslanov” marşrut xətti üzrə hərəkət edən qatar “Azadlıq prospekti” stansiyasına daxil olan zaman xanım sərnişin qatar yoluna yıxılıb.

Könül Cəfərli

Source link