“Üçüncü doza, nə bilim iyirmi səkkizinci doza kimi məcburi qaydalar ləğv edilməlidir” — HƏKİM

“Omikron Azərbaycan vətəndaşlarını necə lazımdır vaksinasiya edib”. 

Bunu manşet.az-a açıqlamasında Nevroloq, Avropa Nevrologiya Akademiyasının üzvü Qalib Əsədov bildirib. O, əlavə edib ki, koronovirus mutasiya nəticəsində ağciyər toxumasina daxil olmağa kömək edən reseptoru itirib:

“Ona görə də əksər xəstələrdə sadecə yuxarı tənəffüs yollarının zədələnməsi baş verir. Düşünürəm ki, artıq əvvəlki həyat tərzinə qayıtmağın vaxtı çatıb. Bir sıra Avropa dövlətlərində olduğu kimi bizdə də bütün məhdudiyyətlər aradan götürülməli, üçüncü doza, nə bilim iyirmi səkkizinci doza kimi məcburi qaydalar ləğv edilməlidir”.