Bakıda iki avtomobil toqquşdu: Qadın sürücü xəsarət aldı – FOTO

Bakıda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az-ın məlumatına görə, qəza Nəsimi rayonunda Rəsul Rza və Dilarə Əliyeva küçələrinin kəsişməsində baş verib.

Hadisə zamanı 99-GF-809 dövlət nömrə nişanlı “Daewoo” markalı avtomobil ilə 99-PS-395 dövlət nömrə nişanlı “Hyundai” markalı maşın toqquşub.

Qəza nəticəsində “Hyundai”ın qadın sürücüsü yüngül xəsarət alıb. Avtomobillər ciddi maddi ziyan dəyib.

Qeyd edək ki, bu küçələrin kəsişməsində tez-tez yol-nəqliyyat hadisələri baş verir.

Samir İsayev
FOTO: Kərim Abbasov

Source link