Caliber.Az-ın bir gün əvvəl xəbər verdiyi kimi, Azərbaycanın Qarabağ bölgəsində, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında qanunsuz erməni quldur dəstələrinin qalıqları üçtərəfli bəyanatın müddəalarına zidd hərəkətlər edir.
Xatırladaq ki, biz bu dəstələrin əksər hallarda birbaşa Rusiya sülhməramlılarının himayəsində mühəndis-istehkam işlərini necə həyata keçirdiklərini, yeni mövqelər qurmağa, səngərlər qazmağa, müdafiə zonası yaratmağa çalışdıqlarını əks etdirən video sübut təqdim etmişik.
Oxucuların diqqətinə növbəti oxşar videonu təqdim edirik.
Caliber.Az-a məlumatlı mənbələrdən məlum olduğu kimi, bu cür qanunsuz və aşkar təxribat xarakterli hərəkətlər barədə dərhal sülhməramlı qüvvələrin komandanlığına və Rusiya-Türkiyə birgə monitorinq mərkəzinə məlumat verilir. Azərbaycan onlardan tələb edir ki, separatçıların bu cür qanunsuz əməllərinə son qoysunlar.