“Ermənistan regional əməkdaşlığın rol modeli olan və hörmətə əsaslanan qarşılıqlı faydalı Gürcüstan-Azərbaycan əməkdaşlığından öyrənə və bu əməkdaşlıq əlaqələrinə qoşularaq fayda əldə edə bilər”. – Bu fikri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər diplomatik münasibətlərinin 30 ili” adlı vebinarda (01.02.2022) deyib.
Əslində, buğünün, sabahın çağırışlarına cavab verən çox səlis önəridir; ancaq Ermənistan bu önərini qarşılayacaq kapasitəyə, yetkiyə ve yetkinliyə sahibdirmi?
Dəyişən siyasi-hərbi rəhbərliklərə baxmayaraq, “Əməkdaşlıq” qavramı Ermənistanda “Sən mənə yardim et” şəklində – birtərəfli alqılanır. O uğursuz dövlət quruldu-qurulalı (100-103 il içində) həmişə yıxılmağa yer (daraşmağa büdcə) gəzdi, dotasiya ilə dolandı. SSRİ mərkəzi büdcəsi sıradan çıxınca da, dünya erməniliyi, lobbi, diaspor gücləri, Ermənistanı özünə “forpost”, “arxa bağça” (nə bilim, “kiçik baci”, “Anahit yadigarı”) bilən güclərin maşası-muşası oldu. Üstəlik, Ermənistan 30 ilə yaxın bizim torpaqları taladı, taladı amma yenə doymadı, təmin olunmadı. Nəhayət, 44 gün içində başlarına Dəmir Yumruq endi və indi dunya erməniliyi ayılırmış kimi sərzənişdədir. Onlara güvənirikmi? Əsla! Bütün ermənilər yığışıb imza atsalar da, onların imzasına, möhürünə güvənmək sadəlöhvlük olardı. Hə, biz hərtərəfli güclü olduqca, bir şey olmaz da, ancaq Hamısıah eləməmiş, vay o gündən, zəif düşək…
Bəli, rol modeli olan və hörmətə əsaslanan qarşılıqlı faydalı Gürcüstan-Azərbaycan əməkdaşlığından öyrənə bilməsi ilk növbədə Ermənistanın özünə gərəkdir.
Uğursuz Ermənistanın dərdi yalnız bizimlə deyil ki. Guya Gürcüstanla çoxmu səmimi münasibətlər içindədir?
Əgər bizim torpaqların işğalı ilə bağlı arzuladıqları sonuca vara bilsələrdi, Gürcüstanın Axalkələk (Cavaxetiya) bölgəsində həngamə qızışacaqdı. Yəni Azərbaycanın Vətən Müharibəsindəki Zəfəri Gürcüstanın gələcəyi üzərindəki qara buludları da dağıtmış oldu.
*
Ermənistan və Gürcüstan bəzi oxsarlıqlara malikdir. Hər ikisi keçmiş Sovet müttəfiq respublikaları içində öz fərqli əlifbasını saxlamağa nail olmuşdu. (Burada, Stalin və Mikoyan amili həlledici sayıla bilər). Hər ikisi Qafqaz xristian ölkələri kimi təsnif olunur. Hər ikisi neft-qaza sahib olmayan respublikalardır.
Ermənistan və Gürcüstan oxşarlıqlardan daha çox fərqliliyə sahibdir və Ermənistan adətən Gürcüstanı qarabaqara izləyirmiş kimi “irəliləyib”:
Gürcüstan öz dövlət müstəqilliyini elan edən günün səhərisi Ermənistan müstəqillik elan edib. SSRİ-də ilk Qafqazlı
marşal gürcü Stalindi və yazılmamış qaydalarla onun dövründə Qafqazdan, qeyri-gürculərdən ikinci marşal uyğun görünmürdü.
Bu planda, böyük perspektivi görünən Həzi Aslanovun müəmmalı ölümünə səbəb olan (Azərbaycan ermənisi) Hovannes Baqramyanın Stalinsonrası marşallığı ermənilərin gürcü izləmə taktikasınin davamıydı.
Sonra ermənilərə daha 4 (Sergey Xudyakov, İvan İsakov, Amazasp Babacanyan və Sergey Aqanov) marşal qondarıldı. (Göründü kimi, onlarfan üçü soyadıni ruslaşdirmaği uyğun bilib).
Tarixdə dovləti, ordusu olmayan bir tayfa yığnağı, pis-yaxşı dövlət qurduqdan cəmi 25-30 il kecmiş bu qədər həqiqi marşal (hələ generalları demirəm) balalaya bilərdimi? Nooldu, Sovet marşalı ali hərbi rütbəsinin mövcud olduğu 56 il içində bircə nəfər Azərbaycanlı, Qazax, Qırğız, Özbək, Türkmən, Tatar layiq olmadımı o ada? Kim inanar buna? İlla bir saxtakarlıq vardır, adım kimi əminəm.
Stalindən sonra Mikoyan hələ sağıydı, sonra da Baqramyan önəmli vəzifələrdə oldu və bir-birini marşallığa, generallığa, yuksək orden və medallara daşıdılar.
Ali hərbi rütbələr azmış kimi, sovet yeraltı dünyasında da öncüllyk edən gürcüləri yenə ermənilər izləməyə başladı. Keçmiş sovet “qanuni oğruları”nın mediada yayilan siyahısı ilə tanış olduqda bəlli olur ki, öndə gedən gürcülərdən sonra ikinci yer ermənilərə (Yezidi kürdlərlə birgə) məxsusdur: – 62 (14 faiz; gürcülərsə – 276 (57 faiz)… İndi mövzumuz bu deyil, deməyim o ki, ermənilərin bildiyi bir yol var: biz qabaqda olmalıyıq, biz qədim xalqıq, biz güclüyük, biz, biz, biz… İddiaları boylarından böyük, hikkələri yer-göy bilməyən bir vəhşi, qədirbilməz qəbilə! Bu, andıra qalmış Sovet sənə dovlət qurub, dotasiya ilə təmin edib, marşal edib, general edib, edib də, edib… sən onun kurallarına qarşı total pozuntularda niyə bu qədərsən?..
basqa bir misal: Gürcüstan “Borjomi”ni reklam edincə, Ermənistan bu dəfə “Cermux”la boy göstərməyə çalışdı. Gürcüstan keçmiş SSRİ-də çaxır məhsulları ilə fərqlənincə, Ermənistan konyakda guya “nömrə 1” olduğunu sübutçün dəridən-qabıqdan çıxdı.
Gürcüstan Tiflis “Dinamo”su ilə SSRİ futbol təssərüfatında, Avropada adından söz açdırınca, gah hakim ədalətsizliyi, gah qaragüruh, gah şirnikləndirmə-filanla İrəvan “Ararat”ını “Dinamo”nun izi ilə sürüdü…
Gürcustan Qara dəniz, Azərbaycan Xəzər dənizi sahililərinə malik ölkədir, buna darılan Ermənistan “Sevan”ı dəniz kimi böyük gördü… ancaq gördü “Sevan”dan dəniz olmaz, “Dənizdən dənizə” xülyasına öyləsinə qapıldı, sonra iki dənizi üçə qaldırdı. – Qara dəniz, Ağ dəniz, bir də Xəzər – həncəri iştahdır?..
Gürcüstan Şota Rustavelini, Azərbaycan ondan öncə Nizami Gəncəvini XX yüzildə elmi-ədəbi-ictimai dövriyyəyə böyük ölçüdə daxil edərkən, Ermənistan vurnuxa-vurnuxa qaldı. Və öz xislətinə uyğun olaraq, gah onun olmayanları “ermeniləşdirdi”, gah da, Nizami, Rustaveli dövrünə gedib çıxmayan (əl uzatsan, ün yetirsən çatası) ədibləri “diriltdi”, “fetihləşdirdi”…
Ermənistan nə etsə də, müvəqqətidir, perspektivi yoxdur. Çünki saxtakarlıq, yalan, riya iliklərini zəhərləyib yaxud o ilik andırları necə bir tərkibə maliksə, qulaqları eşidib, gözləri görən gözəllikləri zəhər-zəqquma döndərir…
Çünki bizdən və gürcülərdən fərqli olaraq, onlar Qafqaza gəlmədir. Çünki onlarda Qafqazlı xarakteri yoxdur. Çünki dövlətlərinin 1 sot belə halal torpağı yoxdur, hey səksəkədədirlər.
Onlar bizim suveren ərazilərinizdə yalnız xəstə təxəyyüllə işğalçılıq etmirdi, ağıllarınca özlərinə “bufer bölgə”, “arxa bağça”-zad düzəldirdilər. Ağıllari kəsmirdi ki, boyundan yuxarı işlərdi bunlar.
Ermənilər 200 ilə yaxın Qarabağda, sonra İrəvanda, Zəngəzur, Göyçədə məskunlaşdılar (məskunlaşdırıldılar), kölgələri özlərinə iri göründü, çaplarını aşdılar. Və gün gəldi – 44 gün gəldi, 200 illik dırmanışları sıfırlandı!
Bizim iqtisadi, tarixi, milli və ərazi gücümüz imkan verdi ki, uzun, ağrılı illərdən sonra dirçələ bilək. Ermənistanınsa ayağa durma potensialı yoxdur. Rusiya-Gürcüstan hərbi avtomobil yolundan mülki istifadə ilə, sınırlı hava daşımaçılığı ilə dirçəlməyin perspektivsizliyini Ermənistanda anlamalıdırlar. Anlamalıdırlar ki, at şiniməyi, lap qatır inadı ilə bölgə kommunikasiyalarının önünü daha tıxaya (bizə nəyisə qəbul etdirə bilməyəcəklər). Əgər 30 il boyu bizə diqtə edə bilmədilərsə, indi necə diqtəçi ola bilərlər ki?!. Yəni, Azərbaycan ərazisi ilə Rusiya və İranla ticari-iqtisadi əlaqələr qurmaq məcburiyyətində olan Ermənistanda adam balası kimi davranmağı öyrənəcəklər. Azərbaycan Prezidentinin köməkçisinin də vurğuladığı kimi, “rol model”i, əməkdaşlığın fəlsəfəsini, Azərbaycan- Gürcüstan qonşuluq, əməkdaşlığının səmimiyyətini idrak edəcəklər. Bu, Ermənistanın nicat formuludur. Qardaş Türkiyə ilə münasibətlər bu planda özəl səhifədir. İndi Ermənistan dünyaya deyil, qonşulara açılmalıdır. Dünyaya ermənisayağı açıq olan cırtdan ölkə region aktorlarının, qonşuların etibarını qazanmaqçün özünü dəyişməlidir. Tarix kitabları, xəritələr, ideologiya, beyin zəhərləyən qaramat abidələr… illa dəyişməlidir. İddialar öz yerini imkanlara, saxtakarlıq öz yerini səmimiyyətə verməlidir. Burada bizim, Gürcüstanın, Türkiyənin yapacağı bir şey yoxdur; illa Ermənistan islah olmalıdır, illa! Əgər bizlər Ermənistanı BMT tanıyan mövcud sınırlar içrə tanısaq, bu özü Ermənistan üçün böyük uğur sayılmalıdır. Alternativ variantın düsturunu Müzəffər Ali Baş Komandan verib: “Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get”…
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
BAYRAĞIMIZ UCA OLSUN!
- Fırtınalar kapitanı Ramiz müəllim
- İlham Əliyev gəncliyə general olmağın yol xəritəsini təqdim etdi – 2 fevral görüşünün şifrələri
- Neomiqrantlar – indi onlar kasıb yox, varlı olmalıdır