“Prezident İlham Əliyevin rus sülhməramlı qüvvələrlə bağlı narazılığını ifadə etməsi, “Laçın dəhlizinə nəzarət edirik” qeydləri göstərir ki, rəsmi Bakı Laçın dəhlizində post qoymaq planına malikdir”. Dünyaxəbər.org sfera.az-a istinadən bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, sülhməramlı qüvvələrin fəaliyyəti Azərbaycanın təhlükəsizliyinə təhdiddir:
“Azərbaycanın Laçın dəhlizinə nəzarəti bərpa etməsi mümkündür. İlk növbədə Qarabağda Ermənistan öz silahlı qüvvələrini geri çəkməlidir. Əgər, Ermənistan Qarabağa əsgər göndərməsə, yerli ermənilərdən bu qədər “özünümüdafiə qüvvələri” təşkil edilə bilməz. Bu baxımdan Ermənistandan Qarabağa mülki geyimdə hərbiçi göndərilməsinin qarşısı alınmalıdır”.
Politoloq bildirib ki, Ermənistan tərəfi və Rusiya, silahlı erməni birləşmələrini bu ərazidən çıxarmasa, Azərbaycan tədbirlər görə bilər: “Bundan əlavə, Ermənistanla danışıqlarda ilk növbədə bu məsələ gündəlikdə olmalıdır”.