Bülent Ersoya çətir tutulması qalmaqalı böyüyür: Komandir vəzifədən kənarlaşdırıldı


Türkiyənin Ankara şəhərində ötən gün Mustafa Kamal Atatürkün məqbərəsini Anıtkabirdə ziyarət edən müğənni Bülent Ersoya hərbçinin çətir tutması geniş səs-küyə səbəb olmuşdu.

Həmin hadisə ilə əlaqədar, Anıtkabir komandiri, zabit Hakan Osman Sərt vəzifəsindən azad edilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb:

“Haqqında istintaq başladılan Anıtkabir komandiri və qrup komandiri vəzifəsindən azad edilib”.

Source link