“Omikron” ən çox kimlər üçün təhlükəlidir? – ÜST-dən AÇIQLAMA


Koronavirusun “Omikron” ştammı yaşlı insanların, peyvənd olunmamış şəxslərin və yanaşı xəstəliklərdən əziyyət çəkənlərin həyatı üçün xüsusi təhlükə yaradır.

Bu barədə ÜST-nin fövqəladə hallar departamentinin texniki qrupunun rəhbəri Mariya van Kerxove məlumat verib.

Onun sözlərinə görə, “Omikron” infeksiyasından ölüm riski yaş artdıqca artır:

“Bizdə həmçinin azı bir yanaşı xəstəliyi olan insanların xəstəxanaya yerləşdirmə və ölüm riskinin artdığını göstərən məlumatlar var”.

Mənbə: RİA Novosti

Source link