Dnepropetrovsk vilayətindəki soydaşlarımız həmrəylik bayramına toplaşıblar

Ukraynanın Dnepr şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Qeyd olunub. Tədbir Dnepropetrovsk vilayəti Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə baş tutub. Bayram şənliyində diaspor üzvləri, Dnepropetrovsk vilayətinin rəsmi qurumlarının nümayəndləri, musiqiçilər, milli və yerli rəsq ansamblının üzvləri iştirak ediblər.

Tədbirin açılışında Dnepropetrovsk vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayramı dünya azərbaycanlıları arasında əlaqələrin möhkəmlənməsində, onların birlik və həmrəyliyinin artırılmasında mühüm rol oynayır: “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bayram kimi qeyd olunması ümumi  milli  diasporun  formalaşmasında,  Azərbaycan  lobbisinin  inkişafında  başlıca  məqamlardan  biri olub. Dünya Azərbaycalılarının Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində, həmçinin Ukraynada da diaspor üzvləri tərəfindən xüsusi qeyd olunur”.

Daha sonra Dnepropetrovsk vilayət şurasının deputatları Qoşqar Muxtarov, Natalya Keda, Natalya Demidova, Dnepropetrovsk vilayəti Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Süleyman Rəhmanov, Dnepropetrovsk Şəhər Sovetinin Daxili siyasət idarəsinin rəisi Stanislav Bondura və digərləri çıxış edərək Dünya Azərbaycalılarının Həmrəyliyi Gününün əhəmiyyətindən, Ukrayna və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin inkişafından, Ukraynada yüksək tolerantlıq ab-havasından danışıblar.

Tədbirdə diaspor işində fəallığı ilə seçilən bir qrup azərbaycanlı Dnepropetrovsk vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb.

Yeni il tədbirinin simvolu olan Şaxta baba və Qar qız uşaqları əyəndirərək onlara hədiyyələr təqdim ediblər. Sonra konsert proqramı olub. Həmçinin milli və yerli rəsq ansamblının üzvləri müxtəlif rəqslər ifa ediblər.