“Gənclərin Təşəbbüs Qrupu”nun kollektivi adından qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü cənab Prezidenti tebrik edir

Hörmətli, cənab Prezident

Sizi öz adımdan və “Gənclərin Təşəbbüs Qrupu”nun kollektivi adından qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, möhkəm can sağlığı, ailə səadəti, xoşbəxtlik və dövlətimizin, xalqımızın firəvan gələcəyi istiqamətindəki fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm.

“Gənclərin Təşəbbüs Qrupu” bu illər ərzində hər zaman dövlətçiliyimizin, milli-mənəvi dəyərlərimizin qorunması, qədim və şanlı tariximizin, zəngin mədəniyyətimizin təbliği, gənclər və yeniyetmələrin milli ruhda, vətənpərvər, bir şəxsiyyət kimi formalaşmaları istiqamətində maarifləndirmə işlərinin aparılması sahəsi üzrə fəaliyyət göstərmişdir. Bu fəaliyyətlərimiz davam edir və qarşıya qoyulan daha böyük hədəflərimizə çatmaq üçün yeni layihələr, fəaliyyət planları üzərində çalışırıq. Məqsədimiz və hədəfimiz birdir: Güclü Azərbaycan Dövləti və Azərbaycan Xalqının firəvan, aydın gələcəyidir.

Qalib dövlətin və xalqın gəncləri olaraq ölkəmizin çiçəklənməsi, inkişafı, tərəqqisi istiqamətindəki səylərimizi daha da artıraraq, beynəlxalq arenalarda Tükr gənclərinin təşkilatlanmalarına, digər ölkə gənclər təşkilatları, o cümlədən beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələrinin qurulmasına, siyasi, iqtisadi, mədəni, sosial və s. sahələrdə yeni-yeni layihələr üzərində çalışaraq dövlətimiz adına yeni uğurlar qazanmaq üçün yorulmadan fəaliyyətlərimizi davam etdirmək 2022-ci il üçün ən başlıca hədəfimizdir.

Biz gənclər qalib dövlətimizə, müzəffər xalqımıza və qətiyyətli Prezidentimizə güvənirik! Biz gənclər hər zaman və daima dövlətimizin yanında, dövlətçiliyimizin keşiyindəyik!

 

Hörmətlə,

Pərviz Usubov

“Gənclərin Təşəbbüs Qrupu”nun sədri

Bakı şəhəri, 30 dekabr 2021-ci il