Nazir: “Regional idarələr müəllimlərin problemlərini daha tez həll edəcək”


“Regional təhsil idarələrinin yaradılması yerlərdə təhsil idarəetmə orqanlarının ləğvi kimi qəbul edilməməlidir”.

Bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

Nazir qeyd edib ki, onlar regional idarələrə tabe olacaq:

“Təhsilin idarə olunması müxtəlif qurumlar və təşkilatlar tərəfindən həyata keçirilirdi. Regional idarələrinin yaradılması bu müəssisələr arasında təhsil formatını bir araya gətirəcək. Bu gün təhsil sistemi mərkəzləşmiş şəkildə fəaliyyət göstərir. Müəllimin saat bölgüsü ilə bağlı narazılığı olanda Təhsil Nazirliyinə müraciət edir. Bu zaman keyfiyyətli təhsildən söhbət gedə bilməz. Bunu nazirlik yox, direktor, regional idarələr etməlidir”.

“Regional idarələrin yaranması vətəndaşların, müəllimlərin problemlərinin daha tez həll edilməsinə gətirib çıxaracaq”, – deyə o qeyd edib.

İlhamə Əbülfət

Source link