Gənc Vətənpərvərlər “Ictimai Birliyi ilin yekunu ilə bağlı hesabat verdi

Gənc Vətənpərvərlər “Ictimai Birliyinin” İdarə Heyətinin ilin yekunu ilə bağlı iclası keçirilib.
İclasda İdarə Heyətinin üzvləri, birliyin Ali və orta təhsil müəsissəsələrlə iş şöbəsi və təşkilatı məsələlər üzrə sədrin müşaviri, regional şöbələrin nümayəndələri iştirak etdilər.
İclası açan GVİB-nin sədri Müqamət Əliyev öncə qarşıdan gələn Dünya Azərbaycanların Həmrəylik Günü
və Yeni il münasibəti ilə birliyin üzvlərini təbrik etdikdən sonra gündəlikdə duran məsələləri açıqladı.
Təşkilat sədri M.Əliyev qeyd edərək bildirdi ki, 2021–ci ildə Gənclər Fondun yardımı ilə “Gənclər arasında Azərbaycanın qazi və qəhrəmanlarının təbliğ olunması “adlı layihə çərçivəsində gənclərin maarifləndirilməsi məqsədilə Bakı şəhərində, həmcinin Qərb bölgələrində bir sıra tədbirlərin uğurla keçirildiyini qeyd etdi.
Sonra MNTK sədri R.Hacıyevanın təşkilatın fəaliyyətinə dair geniş hesabatı dinlənildi.
Sədr M.Əliyev MNTK hesabatını İdarə Heyətində səsə qoydu və yekdiliklə qəbul olundu.
Həmçinin, iclasda gündəliyin 2-ci məsələsi – 2022 ci ildə görüləcək tədbirlər planın təsdiq olunması da İdarə Heyətində səsə qoyuldu və yekdilliklə qəbul olundu.
Bundan başqa İdarə Heyətinin iclasında 2022 -ci ildə GİN –n və QHT Dövlət Dəstəyi Agentliyin yardımı ilə icra olunacaq layihə və Dünya Azərbaycanların Həmrəylik günü və Yeni il münasibəti ilə, 20 yanvar,
2 fevral Gənclər Günü, Xocalı soyqırımı, Novruz bayramı və 31 mart Azərbaycanların soyqırımı günü ilə əlaqədar Bakı şəhəri və ətraf rayonlarda Gənclər və İdman İdarələri ilə birgə tədbirlərin keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması müzakirə olunaraq təsdiqləndi.
Qeyd edək ki, iclasda Təşkilat Komitəsinin üzvləri GVİB sədri M. Əliyev, Sədr müavini T.Maxmudov,A.Rəsulov, Gəncə şəhəri üzrə şöbə müdiri E. Axundov, Şəmkir rayon üzrə şöbə müdiri T.Əliyev,Natiq Qacayev, Orxan Məmmədov, H.Əlili,G.İskəndərova,Ş.Əliyev müəyyənləşdirildi.
GVİB-n KİV üzrə şöbə