Deputatdan korpus komandanının istefasına REAKSİYA: “Məlumat gizli olmalıdır”


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə 3-cü Ordu Korpusunun (Şəmkir korpusu) komandanı general-mayor Mübariz Rzayevin vəzifəsindən azad olunmasına münasibət bildirib.

 Aydın Mirzəzadə özünün “Facebook” səhifəsində Mübariz Rzayevin ehtiyata buraxılmasından sonra başlanan müzakirələri düzgün hesab etmədiyini bildirib.

“Bu tip məsələlərin müzakirəsini düzgün hesab etmirəm”, – deyə deputat əlavə edib.

Onun sözlərinə görə, bəzi dövlət strukturlarının ali rəhbərlərindən başqa aşağı pillə vəzifə təsnifatı və o vəzifəni yerinə yetirənlər haqqında məlumatlar gizli olmalıdır.

Qeyd edək ki, Mübariz Rzayev bu ilin martında Şəmkir korpusunun komandanı vəzifəsinə təyinat alıb.

General-mayor bu ilin dekabrında öz istəyi ilə ordu sıralarından ehtiyata buraxılıb.

Bundan sonra başlanan müzakirələrdə belə iddialar səslənir ki, Mübariz Rzayevin istefasına səbəb Müdafiə Nazirliyinin rəhbərliyi ilə aralarında fikir ayrılığının olmasıdır.

Aqşin Kərimov

Source link