Gənclər Fondunun dəstəklədiyi layihə uğurla yekunlaşıb

Azərbaycan Respublikasının Gənclər Fondun
maliyyə yardımı ilə Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) “Gənclər arasında Azərbaycanın qazi və qəhrəmanlarının
təbliğ olunması “ adlı layihəsini Bakı şəhəri Sabunçu rayon Gənclər evində “ Azərbaycanın ərazi bütövlüyü uğrunda İkinci Qarabağ – Vətən Müharibəsi döyüşlərində iştirak edən
qazi və şəhid olmuş hərbçilərin təbliğində gənclərin rolu” mövzusunda elmi nəzəri praktik konfrans keçirilib.
İctimai Birliyin bu tədbiri gənclər arasında İkinci Qarabağ
– Vətən Müharibəsi döyüşlərində iştirak edən qazi və şəhidlər haqqında məlumatlandırma, şəhid olmuş hərbçilərin, həmçinin qazi və qəhrəmanlarının və vətənpərvərlik hisslərinin gücləndirilməsinə yönəlmişdi.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib .
Tədbiri giriş sözü ilə acan Sabuncu rayon Gənclər evinin direktoru Samir Mehrəliyev bildirib ki, vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığına da diqqət artırılmalıdır. Milli mənəvi dəyərlər, tarixi keçmişimiz və bu günümüz gənclərə aşılanmalıdır.
Layihə rəhbəri , Ictimai xadim Müqamət Əliyev çıxış edərək bildirib ki, “Gənclər arasında Azərbaycanın qazi və qəhrəmanlarının təbliğ olunması ” adlı layihəsini Bakı şəhəri , Azərbaycan Turizm və Menecment Universitetində ,Azərbaycan Dövlət Pedoqoji Universtedə, Azərbaycan Dövlət Pedoqoji Kolecində və
Sabunçu rayon
Gənclər evində uğurla həyata keçirib. Layihə rəhbəri M.Əliyev onu da qeyd edib ki, bu layihədə faydalanan şəxslər 18 yaşa qədər 400 nəfər, 18-30 yaşına qədər 600 nəfər, dolayı yolla bəhrələnənlər 440 nəfərdən çox olub.
Tədbirin keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik tərbiyəsini yüksəltmək olub, gənclərin vətənə məhəbbəti,
milli-mənəvi dəyərlərə bağlılığı ön plana çəkilib, düşmənlərin Azərbaycana vurduğu zərərlər haqqında geniş məlumat verilib.
Konfransda çıxış edən layihə üzrə təlimçi ,Qazi ,təqaütdə olan p-l Asif Rəsulov vurğulayıb ki, yaşadığımız dövrdə gənc nəsil kiçik yaşlarından vətənpərvərlik ruhunda tərbiyə olunmalı və Azərbaycanın ərazi bütövlüyü uğrunda Aprel və İkinci
Qarabağ – Vətən Müharibəsi döyüşlərində iştirak edən qazi və qəhrəmanlarının mütamadi təbliğ olunmalıdır. Qazi Tahir Hüseyinov qeyd edərək bildirdi ki,vətənpərvərlik ruhunun, milli mənəvi dəyərlərin aşılanmasında ailənin və cəmiyyətin böyük rolu olmalıdır. Gənc Vətənpərvərlər İctimai Birliyin sədr müavini Turxan Maxmudov, ARGTMŞ-n , Ali təhsil və orta məktəblərlə iş şöbəsinin müdiri Aidə Hüseyinova və digərləri şəhid ailələrinə, qazilərə diqqət və qayğısından söz açdılar. Bildirdilər ki, yeniyetmə və gənclər arasında İkinci Qarabağ – Vətən Müharibəsi döyüşlərində iştirak edən qazi və şəhid olmuş hərbçilərin, həmçinin qazi və qəhrəmanlarının təbliği mütamadi olmalıdır. Tədbirdə ,Dövlət gənclər siyasətinin həyata keçirilməsində ,gənclərin milli-hərbi vətənpərvərlik hislərinin gücləndirilməsində ,elm,təhsil,mədəniyyət və digər sosial istiqamətində yüksək təşkilatçılıq fəaliyyətinə və əməkdaşlığına
görə Gənclər Fondu fəxri Fərmanla təltif edildi.
Sonda , Vətən müharibəsindəki parlaq Qələbədən, həmçinin Zəfər paradında nümayiş olunmuş hərbi texnika və ələ keçirilən hərbi qənimətlərdən bəhs edən videoçarxlar və fotoslaydar nümayiş olunmuş ,tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub. Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində Gənclər Fondunun və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş köynəklər və sertifikatlar paylanılıb. Tədbirdə ,Birliyin yerli şöbələri, İdarə Heyəti, könüllülər, layihə üzrə təşkilat komitəsinin üzvləri, Sabuncu rayon ictimaiyyət nümayəndələri eləcə də QHT və KİV-lərin nümayəndələri iştirak ediblər . Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.
GVİB –n KİV şöbəsi