Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlimat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 15:25-də Xəzərin mərkəzi hissəsində qeydə alınıb.
Zəlzələ ocağı 15 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların gücü Rixter şkalası ilə 3,2 olub.