Helikopter qəzasında yaralananlar “Baku Tv” yə danışdılar – VİDEO


Baku TV əməkdaşları noyabrın 30-u Qaraheybət aviasiya poliqonunda baş verən qəza zamanı yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov ilə danışıb.

Polkovnik-leytenant Emil Cəfərov bildirib ki, sol qolunun bazu sümüyündə sınıq və topuğunda əziklər var.

“Plana uyğun olaraq Qaraheybət aviasiya poliqonunda praktiki atışlı təlim-məşq uçuşları yerinə yetirməli idik. Buna görə də öz bazamızdan qalxış həyata keçirib Qaraheybət aviasiya poliqonuna tərəf uçuş həyata keçirdik. Eniş yerinə yetirilərkən son anda qəza baş verdi”- deyə, o qeyd edib.

“Səhhətim stabildir, müayinələrim olunur. Üzümdə və sol dizimdə zədələr var”

Bu sözləri kapitan Ramin Ədilov deyib.

O həm də bildirib ki, Qaraheybət poliqonunda seçilmiş əraziyə eniş edərkən hadisə baş verib.

Daha ətraflı Baku TV-nin süjetində:

Source link