Agentlikdə işləmək istəyənlərin NƏZƏRİNƏ: Vakansiya var

Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən elan edilən “Məktəb inspektoru” vəzifəsi üzrə vakansiyaya müraciətlərin qəbulu 10 dekabr 2021-ci il tarixinə qədər davam edəcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, müraciət etmək istəyən namizədlər öz CV-lərini qeyd olunan tarixə kimi quruma göndərə bilərlər.

Məqsəd “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsidir.

Source link