Daxili Qoşunların iki hərbi qulluqçusu minaya düşdü – VİDEO


Azərbaycanın iki nəfər müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) minaya düşüb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Daxili Qoşunların Füzuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu rayonun Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.

Onlar hadisə zamanı xəsarət alıblar. Hər iki yaralının xəstəxanaya yerləşdirilməsi təmin olunub.

Source link