Beynəlxalq Mübarizə gününə həsr olunmuş ” Qadınlara qarşı zorakılığına YOX deyək ” adlı dəyirmi- masa keçirild

25 Noyabr tarixində Heydər Əliyev Mərkəzində yerləşən 2 saylı Şəhər kitabxanasında Qadın zorakılığına qarşı Beynəlxalq Mübarizə gününə həsr olunmuş ” Qadınlara qarşı zorakılığına YOX deyək ” adlı dəyirmi- masa keçirildi.Tədbiri giriş sözü ilə 2 saylı Şəhər kitabxanasının müdiri Leyla Yusifli açaraq bu günün mahiyyəti haqqında tədbir iştirakçılarını məlumatlandırdı.Daha sonra 1 nömrəli Mədəniyyət evinin müdiri Ceyran Rəcəbova çıxış edərək ölkəmizdə qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlərdən söz açdı.Tədbirdə Azərbaycan Yazıçılar birliyinin üzvü, “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin Qax rayon sədri Solmaz Əfəndiyeva çıxış edərək, qadınlara qarşı gender zorakılığından, məişət zorakılığından və bununla yanaşı maarifləndirmə tədbirlərindən , görüləcək layihələrdən danışdı.Sonda tədbir iştirakçılarına Qadın zorakılğına həsr olunmuş sosial çarx nümayiş etdirildi.