Gənc Vətənpərvərlər “İctimai Birliyi “Gənclər arasında Azərbaycanın qazi və qəhrəmanlarının təbliğ olunması “istiqamətində tədbirləri davam etdirilir

Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər “İctimai Birliyi (GVİB)
“Gənclər arasında Azərbaycanın qazi və qəhrəmanlarının təbliğ olunması “adlı layihə çərçivəsində , növbəti təşəbbüs Azərbaycan Dövlət Pedoqoji Universtetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində gerçəkləşib . 23 noyabr -da keçirilən tədbir Gənclər Fondun maliyyə yardımı ilə baş tutub.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İctimai Birliyin bu tədbiri gənclər arasında Aprel və İkinci Qarabağ – Vətən Müharibəsi döyüşlərində iştirak edən qazi və şəhidlər haqqında məlumatlandırma, şəhid olmuş hərbçilərin, həmçinin qazi və qəhrəmanlarının və vətənpərvərlik hisslərinin gücləndirilməsinə yönəlmişdi.
Tədbiri giriş sözü ilə acqan Azərbaycan Dövlət Pedaqoji Kollecin Sosial məsələlər və İctimai Əlaqələr üzrə müdir müavini Sevda Axundova tədbir iştirakcıları salamladı və qeyd etdi ki, müstəqil Azərbaycanın inkişafı ilk növbədə gənc nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır.
“Vətəndaş tərbiyə etmək mənsub olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun təhlükəsizliyi üçün məsuliyyət daşıyan, dövlətin cari və perspektiv işlərində iştirak edən insan yetişdirmək deməkdir.
Layihənin rəhbəri ,İctimai xadim Müqamət Əliyev tədbir iştirakcılarını salamlayandan sonra layihənin mahiyyətindən və bu layihəyə qoşulan könülülərin fəailiyyətindən bacarığından söhbət acıb.
Sonra o,qeyd etdi ki, Gənclərin vətənpərvər ruhda böyümələrində, Qarabağı azad edən qəhrəman zabit və əsgərlərimizin üzərində müəllimlərin də böyük zəhməti var.
M.Əliyev xüsusi olaraq qeyd etdi ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində çox saylı könüllü tələbə gənclər düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib.
Azərbaycan Dövlət Pedaqoji Kollecin direktoru İsrail İskəndərov bildirib ki, ADPU-nun,
onun filaları və tərkibindəki Pedoqoji Kollecin tələbə və məzunları olmuş ümumilikdə 42 nəfər Azərbaycanın ərazi bütövlüyü uğrunda fədakarlıqla döyüşmüş 3 nəfər Milli Qəhrəman,1 nəfəri”Zəfər”Ordeni ilə,4 nəfəri”Azərbaycan Bayrağı”Ordeni ilə təltif edilmiş,29 nəfəri(onlardan 7 nəfəri ADPU nəzrində ADPK-nin tələbə və məzunlarıdır Birinci Qarabağ müharibəsi şəhidi ,12 nəfərdir deyə direktor müavini vurğulayıb.
Tədbidə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Kollecin şöbə müdiri Hacıyeva Sevinc bildirib ki, Ermənistan kimi işğalçı ölkə ilə yanaşı yaşamağa məcbur olan Azərbaycanda vətənpərlik hisslərinin gənclər arasında təbliğ olunmasına hər zaman böyük ehtiyac var.
“Vətənpərliyin təbliğatı təhsillə yanaşı getməlidir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir.
Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarının ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir”,-deyə o, üzünü gənclərə tutaraq bildirib.
“Azərbaycan Dövlət Pedaqoji Kollecin şöbə müdiri İsnayılova Mətanət qeyd edib ki, Vətəni layiqincə qorumaq və yaşatmaq bu gün bizlər üçün əhəmiyyətli bir vəzifədir. İkinci Qarabağ – Vətən Müharibəsi qazisi Abdulayev Kamal qeyd etdi ki,Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarının ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir”,-deyə o, üzünü gənclərə tutaraq bildirib
İkinci Qarabağ – Vətən Müharibəsi qaziləri ,Yaqublu Anar və Məmmədzadə Zöhrab bildirdilər ki,
Vətənpərvər olmayan gənclik cəmiyyətin idarə olunmasında heç bir rol oynaya bilməz.
Bu baxımdan regionlarda gənclər və yeniyetmələr arasında bu mövzuda təbliğat xarakterli maarifləndirmə işləri davam etdirlməlidir”
Tədbirdə “ Milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində yüksək təşkilatçılıq fəaliyyətinə və əməkdaşlığına görə Azərbaycan Dövlət Pedoqoji Universtetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci fəxri Fərmanla təltif edildi.
Sonda ,Azərbaycanın qazi və qəhrəmanların döyüş yolunu əks etdirən videoçarx və fotoslaydar nümayiş olunuş suallar cavablandırılmışdr.
Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub. Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində Gənclər Fondunun və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş buklet,təsvirli köynək və sertifikatlar paylanılıb.
Tədbirdə,Azərbaycan Dövlət Pedaqoji Universitetin bir qrup tələbələri, Universitetin müvafiq struktur rəhbərləri , GVİB-n İdarə Heyəti,Qarabağ qaziləri və QHT –n nümayəndələri iştirak ediblər. Qeyd edək ki, layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.
GVİB-n mətubat və informasiya şöbəsi