Azərkitab Təbliğat Mərkəzində “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək ictimai birliyinin prezidenti Tofiq Əli-zadənin ictimai fəaliyyətinin 30 illiyi ilə bağlı təbbir təşkil edilmişdir.Tədbir Azərbaycanın dövlət himninin oxunması və Vətən müharibəsi zamanı şəhid olmuş qardaş və bacılarımızın ruhuna duaların oxunmasıı ilə başladı.Sonra Tofiq Əli-zadə tədbir iştirakçılarını Zəfər Günü münasibəti ilə təbirk edərək, Cənab Ali Baş Komandanımız olan İlham Əliyevin şanlı qələbəmizə aparan yollardan və onun bu illər ərzində apardığı uzaq görən siyasətindən danışdı. Natiq dedi ki, bu tədbirin keçililməsi,ihəm də Müzəffər ordumuzun Qarabağ torpaqlarının erməni işğalından tamamilə azad edilməsinin ildönümünə və eyni zaman da Dövlət müstəqilliyimizin bərpasının 30-cu və eyni zamanda da (10 noyabr 2001- ci il) Dünya Azərbaycanlılarının I-ci qurultayının keçirilməsinin 20-ci il dönümünə təsadüf edir. Tofiq Əli-zadə qeyd etdi ki, “28 ildən sonra baş verən 44 günlük müharibə nəticəsində başda Ali Baş Komandanımız olan İlham Əliyev olmaqla Azərbaycanın müzəffər ordusu erməni işğalına elə bir dəmir yumruqlu zərbələr endirdilər ki, nəticədə erməni orduları tamamilə darmadağın olundu. Sonra bu illər ərzində təşkilatın işlərində yaxından iştirak edən bir neçə ziyalılara təşkilatın Fəxri fərmanları təqdim olundu.Cıxış edənlər Tofiq müəlliminbu illər ərzində ictimai fəaliyyətindən,müharibə qazilərimizə və daima şəhid ailələrinə mənəvi dəstəyindən ağız dolusu danıdılar. Tədbirdə cıxış edən, Xalq artisti aktyor Elxan Qasımov dedi ki,“Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək“ictimai birliyinin təşkilatcılığı ilə, onun yaradıcılığı ilə bağlı, bir neçə dəfə ictimaiyyətlə görüşləri təşkil edilmişdir. Daha sonra söz şəhid anası Dürnisə Əliyevaya verildi. Şəhid anası bildirdi ki, Böyük Zəfər Günü ərəfəsində belə tədbirin keçirilməsi iki qat sevinclidir. Ana Tofiq müəllimin xeyirxahlığını, ona dəstək olmasını belə dilə gətirdi: “Oğlum Əliyev Valeh Xanlar oğlu 1994-cü ildə Qarabağın Füzuli bölgəsində gedən qanlı döyüşlərdə şəhid olmuşdur və 1998 ci ildə oğlumun xatirə lövhəsi məhz Tofiq Əli-zadə tərəfindən yaşadığımız binanın yan tərəfinə vurulmuşdr. Artıq o, 23 ildir ki daima bir Şəhid ailəsi kimi daima bizim ailəmizlə maraqlanmış və mənəmənəvi dayaq olmuşdur.Azərbaycan Vətən Müharibəsi Veteranları içtimai birliyinin sədri Füzuli Rzaquliyev Tofiq Əli-zadənin fəal ictimai fəaliyyətini qeyd edərək ona,AVMV birliyinin fəxri üzv vəsiqəsini təqdim edərək. təşkilat rəhbəri kimi fəaliyyət göstərdiyi son 25 il ərzində daima şəhid ailələrinin, Vətən müharibəsi qazilərinin qayğılarının həll olunması yollarında fədakarlıqla çalışmışdır.Ona görə də AVMV birliyi rəhbərliyinin qərarı ilə birliyin fəxri medalı ilə təltif olunmuşdur.”Şəhid Ailəlrinə Sosial Dəstək” icimai birliyinin sədri Almaz
Zeynalova cıxış edərək sevincini bildirərək dedi ki, baxmayaraq ki, Tofiq müəllimin rəhbərliyi etdiyi təşkilatan istiqaməti xaricdəki soydaşlarımızın milli bilik və həmrəyliklərin təşkili məsələləridir, buna baxmayaraq o, daima müharibə qazilərimizə və şəhid ailələrinə qayğı ilə yanasır, onların üzləşdiyi bir cox sosial problemlərin həllinə köməklik etməyə calışır.Daha sonra cıxış edən zilaylılar və ictimai təşkilat rəhbərləri,Sabaha-inamla.az saytının baş redaktoru Namiq Məmmədli,Şahlar Şuşalı,Elvin Talışınski,Tahir Sadıqov, Salman Hüseynov, Aygün Hüseynli, Firuzə Əsədullayeva,və başqaları Tofiq Əli-zadəyə hədiyyələr təqdim edərək, onun bu illər ərzində ictimai fəaliyyətindən danışaraq, onu qarşıdan gələn ad günü munasibəti ilə də təbrik etdilər.