Türkiyədə azərbaycanlı qadın polisdən qaçarkən ayağını sındırıb.
Belə ki, həmin qadının Trabzonda bir evdə fahişəliklə məşğul olunması ilə bağlı polisə məlumat daxil olub.
Hüquq-mühafizə işçiləri hadisə yerinə gələn zaman evdə olan iki azərbaycanlı qadın – 24 yaşlı Aynur E. və 23 yaşlı Aytac M. 1-ci mərtəbənin balkonundan qaçmağa çalışıblar.
Bu zaman Aynur E. yıxılaraq bazu sümüyünü sındırıb. O, xəstəxanaya yerləşdirilib.
Hər iki qadının ifadələri alındıqdan sonra deportasiya ediləcəkləri bildirilib.
Mənbə: Sabah