Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin ildönümü müsəlman ölkələrində də müxtəlif aksiyalarla qeyd olunub.
Belə aksiyalardan bir neçəsi də Malayziyada təşkil edilib.
Ölkə paytaxtı Kuala-Lumpurdakı hündürmərtəbəli binalardan biri ölkəmizin bayrağı ilə işıqlandırılıb və üzərində müvafiq yazılar əks olunub.
Həmçinin, analoji videoçarxlar şəhərdəki reklam lövhələrində də yayımlanıb.
Görüntülər sosial şəbəkələrdə yayılıb.