5 noyabr 2021-ci il tarixində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Dnepropetrovsk vilayəti təşkilatının sədri Nəcəf Əhmədovun rəhbərliyi ilə Zəfər Günü günü qeyd edilib. Tədbir Dnepr şəhərində Ukrayna-Azərbaycan mədəni-işgüzar mərkəzinin bazasında keçirilib.
İlk olaraq birinci və ikinci Qarabağ müharibəsində həlak olmuş şəhidlərin xatirəsii bir dəqiqəlik sükutla yad edilib.
Zəfər Gününə həsr olunmuş onlayn konfransda “Ukrayna – Türkiyə-Azərbaycan” Alyansının rəhbəri Zöhrab Cəfərov, BAUK-ın Ağsaqqallar Şurasının üzvü Ağəli Tağıyev, Dnepropetrovsk vilayətində Ukrayna Azərbaycanlı Gənclər İttifaqının rəhbər Emin Əhmədov, Dnepropetrovsk vilayət şurasının deputatı Qoşqar Muxtarov, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov, müğənni və televiziya aparıcısı Natalya Kudryaşova, BUAK İdarə Heyətinin üzvüləri Şahlar Mirzəyev və Süleyman Rəhmanov, Dinepr şəhərində müsəlman dini icmasının rəhbəri Razaman Qurbanov, Ukrayna-Azərbaycan mədəni-işgüzar mərkəzinin rəhbəri Gennadi Onişenko, Ukraynanın Əməkdar artisti Oleksander Miroshnichenko və başqaları iştirak ediblər.
Bayram tədbirində Uşaq xoreoqrafiya kollektivinin üzvləri rəqs npmrələri ifabediblər və “Bazar günü” məktəbinin kollektivi isə şeirlər söyləyiblər.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Dnepropetrovsk vilayət təşkilatı bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə ürəkdən təbrik edir: “Arzu edirik ki, başınızın üstündə həmişə sakit səma, bu dünyada hər gün yalnız xoşbəxtlik, sevinc, şən təbəssüm və uşaqların xoş gülüşü olsun. Müharibənin əks-sədası yalnız kitablarda və filmlərdə qalsın. Qoy, qəhrəmanların igidlikləri üçün qəlbimizdə qürur yaşasınsın! Zəfər Gününüz mübarək”,-deyə BUAK-ın Dnepropetrovsk vilayət təşkilatının sədri Nəcəf Əhmədov bildirib.