Gənclər Fondun maliyyə dəstəyi ilə növbəti tədbir ADPU-ə keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə yardımı ilə Gənc Vətənpərvərlər “İctimai Birliyi (GVİB) “Gənclər arasında Azərbaycanın qazi və qəhrəmanlarının təbliğ olunmsı” adlı layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində “Zəfər Günü “ , “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda elmi nəzəri praktik konfrans keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Vətən Müharibəsində ölkəmizin azadlığı və müstəqilliyi yolunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə ADPU –n Heydər Əliyev Mərkəzinin əməkdaşı Aytən Daşdəmirova açaraq bildirdi ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuzun döyüş meydanında göstərdiyi şücaət və qəhrəmanlıq nəticəsində parlaq Qələbə qazanıldı. Əlbəttə, bu Qələbə asan əldə edilməyib. Yüzlərlə şəhid verdik. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Hamısıahdan şəfa diləyirəm. Hesab edirəm ki, Azərbaycan öz qəhrəmanlıq salnaməsinin ən unudulmaz tarixini yazdı Konfransda cıxış redən Layihənin rəhbəri Ənənəvi karate üzrə Azərbaycan fəxri bədən tərbiyəsi və idman işcisi Müqamət Əliyev tədbir iştirakcılarını salamlayandan sonra layihənin mahiyyətindən və bu layihəyə qoşulan könülülərin fəailiyyətindən bacarığından və Mehriban xanım Əliyeva Prezident cənab İlham Əliyevin xanımı olmaqla yanaşlı, həyat yoldaşına sadiqliyi və işgüzarlığı, layiqli məsləkdaşı olmağının nəticəsidir ki, dövlətimiz daha da güclənir, regionda öz nüfuzunu qazanaraq söz sahibinə çevirilir. 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilməsini və Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq Prezident İlham Əliyevin bu qələbəni qeyd etmək üçün xüsusi bayram gününün təsis edilməsi barədə sərəncam imzalamasını və qələbə – Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsini tədbir iştirakcıların diqqətinə çatdırdı. Görüşdə çıxış edən Layihə üzrə təlimci ,Vətən Müharibəsi qazisi polkovnik-l Asif Rəsulov keçdiyi 2016-cı ildə beş gün davam edən aprel döyüşlərindən və 44 günlük Zəfər yolundan danışaraq ən ağır döyüşlərin getdiyi anda belə əsgərlərin, şəxsi heyətin yüksək əhvali-ruhiyyəsinin, döyüş əzminin qətiyyən zəifləmədiyini, əksinə hər çətin ərazi relyefinə malik rayonlarımızın düşmən tapdağından azad olunduğu günlərdə onların daha çox sevindiyini, keçirdikləri hisslərin sözlərlə ifadə edilməsinin mümkünsüzlüyünü dilə gətirdi. Sonra qazi Asif Rəsulov tələbələrin suallarını cavablandırdı. Tədbirdə Çıxış edənlər, Vətən müharibəsində şücaət göstərənlər Qarabağ qazisi Tahir Hüseyinov, qazi Fərid Səmədov ,qazi Əsədulla Süleymanov, ,Zirvə” İslahatlara Dəstək Mərkəzi İctimai Birliyi sədri Axundzadə Elçin , layihə üzrə təşkilat komitəsinin üzvüləri, H.Əlili, , G. İskəndərova və digərləri bu tədbirin böyük məna və əhəmiyyət kəsb etdiyindən və gənclər arasında 2 –ci Qarabağ döyüşlərində iştirak edən şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın təbliğ olunmasının vacibliyini söylədilər. Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmışdr. Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub. Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində Gənclər Fondunun və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş köynəklər və sertifikatlar təqdim olundu və xatirə şəkilləri çəkildi. Tədbirdə, Azərbaycan Dövlət Pedaqoji Universitetin bir qrup tələbələri, Universitetin müvafiq struktur rəhbərləri və GVİB-n İdarə Heyəti, Qarabağ qaziləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Qeyd edək ki, layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.

GVB-n mətubat və informasiya şöbəsi