Muğan müəllim ,uzun illərdir 1990-cı ildən hal hazıra kimi gənclər arasında vətənpərvərlik, milli mənəvi dəyərləri , fiziki və psixoloji hazırlıq işləri aparırsınız ictimai əsaslarla . Deyə bilərsiniz Vətənpərvərlik ruhunu şagirdlərdə necə formalaşdırmaq lazımdır? – Vətənpərvərlik haqqında danışanda şagirdlərə vətəninə, xalqına məhəbbət, sevgi aşılamaq, şəxsi xoşbəxtliyini və səadətini onun xeyrinə qurban verməyə hazır olmaq kimi öyrətmək lazımdır. Xalqına, vətəninə, tarixinə və adət-ənənələrinə sonsuz məhəbbət bəsləmək, hər an vətənin müdafiəsinə hazır olmaq gənc nəslin yüksək mənəvi keyfiyyətləri hesab olunur. “Vətənpərvərlik” deməklə, heç vaxt vətənpərvər olmaq mümkün deyil. Vətənpərvər olmaq o demək deyildir ki, tək əlinə silah alıb gedib döyüşməlisən. Bunun üçün hər bir azərbaycanlı işindən, oxumağından, hər hansı ölkədə yaşamasından asılı olmayaraq, öz əməlləri, işi və oxumağı ilə vətənə olan sevgi və məhəbbətini sübut etməlidir. Bunun da əsası məhz təhsil müəssisələrindən və ailədən başlayır.GVİB-n sədri olaraq təhsil ocaqlarında vətənpərvərlik tərbiyəsinə nə vaxtdan başlamaq lazımdır? – Onu deyim ki, uşaqlarda vətənpərvərlik hissinin aşılanmasına məktəbəqədər təhsil müəssisələrindən başlamaq lazımdır. Bu müəssisələrdə uşaqlara ailəsinə və evinə, ölkəsinin tarixinə və mədəniyyətinə, vətəninin təbiətinə sevgi hissi aşılanmalıdır. Bir də nəzərə almaq lazımdır ki, hər bir uşaq hisslərinin, duyğularının köməyi ilə ətrafdakı həqiqətləri qəbul edir. Ona görə də gənc nəslin vətənpərvərlik tərbiyəsinə kəndini, şəhərini, ölkəsini sevmək hissi ilə başlanılmalıdır. Yalnız bundan sonra onlarda ölkəsinə, vətəninə sevgi hissi yaranır. Bunlar bir neçə dərsin nəticəsində yaranmır. Bir qayda olaraq, bunlar uşaqlarda sistematik, çox uzun müddətli və məqsədyönlü təsirin nəticəsində yaranır. Bu hiss uşaqlara mütəmadi olaraq evdə, dərslərdə, tədbirlərdə və hətta oyunlarda belə aşılanmalıdır.Çalışdığınız Gənc Vətənpərvərlər İctimai Birliyində gənclərin çağırışaqədərki hazırlığı vətənpərvər ruhda böyümələri üçün hansı imkanlardan istifadə edirsiniz?
– GİN-n və Gənclər Fondunun yardımı və təşkilatcılığı ilə layihə çərçivəsində keçirilən tədbirlərdə gənclərə
işğal olunmuş torpaqlarımız, sərhədlərimiz, şəhidlərimiz haqqında geniş məlumatlar verirəm. İdmancı Yeniyetmə və gənclərin müharibə veteranları ilə görüşlərini təşkil edirəm. Gəncləri Bakı şəhərində və ətraf rayonlarında yerləşən hərbi hissələrə, muzeylərə, Bayraq meydanına və qənimət parkına aparıram, onlara tariximiz, müstəqilliyimiz haqqında danışıram.
– GİN -n və əlaqədar qurumların təşkilatcılığı ilə məktəblərarası hərbi-idman oyunlarının keçirilməsi də şagirdlərdə vətənpərvərlik hisslərinin aşılanmasında böyük əhəmiyyət daşıyır.
Bu haqda nə deyə bilərsiniz?
– Onu deyə bilərəm ki,“ ildə bir dəfə yox il boyu bu tədbirləri hər rayonda keçirmək lazımdır.Cəsurlar”, “Şahinlər”, “Sərhədçi” kimi oyunların keçirilməsində də məqsəd gənclərdə cəsarətliliyi, cəldliyi, qələbə çalmaq uğrunda mübarizə aparmağın təmin olunması vətənpərvərlik hisslərinin gücləndirilməsində böyük rol oynayır.
Bu da onların gələcəkdə hərb işinə olan marağını artırır, hərbi məktəblərə olan meyillərini yüksəldir.