Gənc Vətənpərvərlər İctimai Birliyin Sədri Müqamət Süleyman oğlu Əliyev (Muğan ) “44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı, işğal altında olan torpaqlarımız azad olundu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu və bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd edir”. Hər il üçün 8 noyabr Zəfər Günü və 27 sentyabr Anım Günü təsis edildi. – Prezident Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün “YAŞAT” Fondunun yaradılması haqqında Fərman imzaladı. – “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Zəfər” və “Qarabağ” ordenləri, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və digər medallar təsis edildi. Ümumilikdə müharibənin gedişində ölkəmizin hərbi sənaye kompleksinin istehsalı olan geniş çeşiddə silah və hərbi sursatlardan uğurla istifadə edilmişdir. Alınmaz hesab edilən Şuşanın azad edilməsində xüsusi təyinatlılar yüngül atıcı və soyuq silahdan mahir istifadə etməklə Azərbaycan ordusunun şücaətini nümayiş etdirmişdir. Eyni zamanda, həm müasir, həm də ənənəvi hərbi strategiya və taktikanı uğurla tətbiq etmiş Azərbaycan ordusu Ermənistan ordusundan fərqli olaraq, düşmənin dinc əhalisinə insanpərvər münasibət bəsləmişdir. Prezident İlham Əliyev müharibə ərzində demişdir: “Biz günahsız insanların qisasını yalnız döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki şəxslərə atəş açmayacağıq”. Ölkə gəncliyinin Azərbaycan-Ermənistan dövlət sərhədləri istiqamətində düşmən təxribatının qarşısını rəşadətlə alan ordumuza qətiyyətli dəstək göstərməsi onların milli ruhda tərbiyə aldıqlarını bir daha təsdiq etdi Məlum olduğu kimi, öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan Respublikasında bütün sahələrdə tərəqqi əldə olunub. Bu uğurun əsasında isə həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət dayanır. Onu da qeyd edək ki, əldə edilən uğurlardan bütün sahələrə, o cümlədən gənclərə də pay düşüb. Daha dəqiq desək, Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir və bu siyasət ölkə gənclərinin hərtərəfli inkişafını təmin edir. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan gəncliyi hərbi vətənpərvərlik ruhunda yetişir. Məsələyə münasibət bildirən GVIB sədri Müqamət Süleyman oğlu Əliyev deyib ki, Vətənə sevgi olmadan onun parlaq gələcəyi haqqında düşünmək mümkünsüzdür: “Daim Vətən sevgisi ilə hər kəsə nümunə olan Ulu Öndər Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi zaman gənclərimizin yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük diqqət göstərib. Ümummilli Liderin siyasətini, ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyev deyib: “Gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda böyüməlidirlər, Vətənə sevgi ilə yaşamalıdırlar”. Gənclərimizdə hərbi vətənpərvərlik hissinin yüksək olmasının ordunun gücünə birbaşa təsir etdiyini söyləyən M.Əliyev vurğulayıb ki, gənc nəslin vətəpərvərlik ruhunda tərbiyə olunması gənclər siyasətinin təməl prinsiplərindən biridir: “Dövlətimizin bu istiqamətdə indiyə qədər gördüyü işlər olduqca müsbət nəticələr verib. Bu gün gənclərimizin vətənpərvəlik hissi arzuolunan səviyyədədir. İstər Aprel döyüşlərində, istərsə də vətən müharibəsində düşmənin bütün mövqelərini darmadağın edən biz cəmiyyətimizin, xüsusilə də gənclərimizin və hərbçilərimizin vətənpərvərlik hissinin nə qədər yüksək olduğunun bir daha şahidi olduq”.M.Əliyev onu da əlavə edib ki, uşaqların, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində işlər davam etdirilməli və bu işdə hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir: “Vətənə sevgi, vətənpərvərlik hissinin aşılanması ailədən başlayır, baxçada, məktəbdə, ali təhsil ocaqlarında davam etdirilir. Hər bir ailə öz övladına Vətən sevgisi aşılamalı, o cümlədən baxçalarda, məktəblərdə müəllimlər uşaqlarmıza dövlətin bayrağını, gerbini, himnini sevdirməli, müstəqilliyimizin rəmzlərinə hörmətlə yanaşmağı öyrətməlidir. Şəhidlərmizin həyat yolu, qəhrəmanlıqları gənclərimizə çatdırılmalıdır”. M.Əliyev onu da bildirib ki, Azərbaycan dövləti gənclərə xüsusi diqqət və qayğı göstərməklə yanaşı, onların vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik, milli mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması məsələsinə həssaslıqla yanaşır. M.Əliyev onu da deyib ki, Azərbaycan cəmiyyəti və gənclərimizin dövlət sərhədinin Dağlıq qarabağ istiqamətində düşmən təxribatının qarşısını rəşadətlə alan ordumuza qətiyyətli dəstək göstərməsi Azərbaycan gənclərinin milli ruhda tərbiyə aldığını və vətənpərvər olmasını bir daha təsdiq etdi: “Prezident, Ali Baş Komandan İlham Əliyevin çağırışına qoşulan gənclərimiz könüllü olaraq cəbhəyə getmək istəklərini bildirərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdilər. , Ali Baş Komandan İlham Əliyevin çağırışına qoşulanların siyahısında GVİB könüllü üzvləri və bir sədr olaraq məndə var idim.Ancaq işimi arha cəbhədə social şəbəkələrdə MN verdiyi məlumatları paylaşmaqla yanaşı təbliğat və təşviqat işlərimizi uğurla davam etdirdik . Bununla gənclərimiz vətənpərvərlik ruhunu, işğal altındakı torpaqlarımızı düşməndən azad etmək istəyini bütün dünyaya nümayiş etdirib. Bu da onu göstərir ki, ordumuzun bugünkü uğurları bir tərəfdən dövlətin Silahlı Qüvvələrimizə göstərdiyi qayğıdan, digər tərəfdən orduda xidmət edən gənclərin vətənpərvərlik hissinin yüksək olmasından asılıdır”. Güc birlikdədir,Yaşasın Ali Baş Komandan İlhan Əliyev və Müzəfər Azərbaycan Ordusu GVİB Sədri Müqamət Süleyman oğlu Əliyev