Oktyabrın 28-də cənubi azərbaycanlı fəal Maqsud Əlizadə Ərdəbil vilayətinin Ettelaat Baş İdarəsinə çağırılaraq bir neçə saat sorğu-sual edilib.
“Azad İran”ın məlumatına görə, bu barədə Maqsud Əlizadənin yaxınları danışıb. Onların sözlərinə əsasən, ötən gün iş saatları ərzində Ərdəbil Ettelaat İdarəsindən dəfələrlə edilən zənglərdən sonra milli fəal M.Əlizadə idarəyə gedib.
Təhdid və psixoloji təzyiqlərlə 3 saatdan artıq davam edən dindirmə zamanı İranın təhlükəsizlik orqanlarının əməkdaşları M.Əlizadəyə bildiriblər ki, öz milli fəaliyyətindən əl çəkməsə, onun da aqibəti İranda həbsdə olan digər azərbaycanlı fəalların aqibəti ilə eyni olacaq.