Deputatdan məktəbəqədər təhsil müəssisələri ilə bağlı TƏKLİF


“Son 10 ildə Bakıda məktəbəqədər təhsil müəssisələri Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib. Təklif edirəm ki, bu müəssisələr Təhsil Nazirliyinin tabeliyinə keçsin”. 

Məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Məlahət İbrahimqızı deyib.

Millət vəkili Azərbaycanda boşanmalardan da danışıb.

“Son illər Azərbaycanda boşanmaların sayı çoxalıb. Rusiyada ailə məhkəmələri var. Bizdə də hansısa formada tənzimləmə mexanizmini tətbiq etməliyik”, – deyə M.İbrahimqızı əlavə edib.

Aqşin Kərimov

Source link