“Metro City”də baş verən yanğından zərərçəkənlər etiraz etdilər – VİDEO


Oktyabrın 16-da Bakının Nərimanov rayonunda, “Metro City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğında zərərçəkənlər hara müraciət edəcəklərini bilmirlər.

Onlar qeyd edir ki, ticarət mərkəzinin müdriyyəti məsələ ilə maraqlanmır: “Bizim qarşımıza heç kim çıxıb problem ilə maraqlanmır. Onlar bizə deyirlər ki, hara istəyirsiz ora da gedin”.

Qeyd edək ki, “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın zamanı 300 kvadratmetr ərazi yanıb.

Source link