Polkovnik-leytenant Eduard Məmmədov WAKO üzrə növbəti dəfə dünya çempionu oldu – VİDEO


Daxili İşlər Nazirliyinin polis polkovnik-leytenantı, “Dinamo” idman cəmiyyətinin baş inspektoru Eduard Məmmədov kikboksinqin “Kick Light” növündə qızıl medal qazanıb.

63 kiloqram çəkidə mübarizə aparan “Ağ canavar” ləqəbli idmançımız İtaliyada keçirilən WAKO versiyası üzrə dünya çempionatında qalib gəlib.

Eduard Məmmədov final döyüşündə ukraynalı idmançı Artyom Kaşkurtsevi məğlub edərək dünya çempionu olub.

Beləliklə, idmançı WAKO versiya üzrə 6-cı, ümumi bütün versiyalar üzrə 26-cı dəfə dünya çempionu olub.

Döyüşçü bildirib ki. 44 günlük Vətən müharibəsindən sonra ilk yarışı idi.

“Ağ canavar” ləqəbli idmançımız yarışda qələbəsini şəhidlərin ruhuna həsr edib.

Daha ətraflı Baku TV-nin süjetində:

Source link